Tarix: 5 Iyul 2019 15:44
"Mançester Yunayted" futbolçusu Andreas Pereyra ilə müqaviləni uzadıb.
Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ildən "MY"də çıxış edən 23 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 15 oyuna 1 qol vurub.