Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda daha 22 nəfər koronavirusdan öldü

Ermənistanda daha 22 nəfər koronavirusdan öldü

Tarix: 3 Noyabr 2020 11:08

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 94 776 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 328 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 22 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 413 nəfər koronavirusdan ölüb, 35 381 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda daha nəfər koronavirusdan öldü


RƏYLƏR