Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 15:00
Bakı. Trend:
Dünyanın ən zəngin neft şirkəti olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin gəlirləri təxminən 2 dəfə azalıb.
Trend-in məlumatına görə, bu ilin ilk 9 ayında şirkətin gəlirləri 11,78 milyard dollara bərabər olub.
2019-cu ilin eyni dövründə isə bu rəqəm 21,29 milyard dollar təşkil etmişdi.
Bundan başqa, “Saudi Aramco”nun sərbəst pul axını 1,7 dəfə azalıb.