Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 17:27
"Azərbaycan Ordusunun əldə etdiyi hər bir yüksəklik, hər bir kənd, hər bir qarış bizim üçün önəmlidir".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, düşmənin silahlı qüvvələrini tükədirik ki, bir də Azərbaycanı təhdid etmək fikrinə düşməsin:
"Çünki hər bir qarış, hər bir addım azad olunmadan kənd azad oluna bilmir. Kənd azad olunmursa rayon azad olunmur. Biz qələbəyə birdəfəlik, bir hücumla deyil, ərazilərin həm tam azad olunması ilə, həm də düşmənə maksimal sayda ziyan vurmaqla davam edirik. Bir növ həm də düşmənin silahlı qüvvələrini tükədirik ki, bəlli bir müddətdən sonra - atəşkəsdən, düşmən geri şəkilib öz mövqelərində möhkəmləndikdən, sərhədlər bərpa olunduqdan sonra onların təkrar Azərbaycana müdaxiləyə imkanı olmasın.
Azad olunan hər kənd müharibənin sonunu yaxınlaşdırır
Azad olunan ərazilərin hər biri bəlli bir məqsədlər daşıyır. Niyə? İndiyə kimi 200-ə qədər kənd azad olunubsa, hələ işğal altında 670-ə yaxın kəndimiz var. Əgər 670-in içindən biz bu 8 kəndi (Ali Baş Komandan ötən günki tvitində Müzəffər Azərbaycan Ordusu tərəfindən Cəbrayılın daha 3, Zəngilan rayonunun 2, Qubadlı rayonunun 3 kəndinin işğaldan azad edildiyi müjdəsini verdi) azad edib elan etmişiksə, deməli ki, bəlli bir məqsəd var. Çünki digər kəndlər durarkən bunları azad ediriksə, "biri digərinin azad olunması üçün münbit şərait yaradır" düşüncəsinə gətirib çıxarır bizi. İkinci də hər bir ərazinin azad olunması bizdən savayı orada doğulan insanlar üçün əhəmiyyət daşıyır. Üçüncü də, hər bir azad olunan kənd bizi müharibənin sonuna bir addım, bir gün də olsa yaxınlaşdırır".
Təhməz Əsədov