Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 21:52
Fiziklər 3D printerlə dünyanın ən kiçik, tükdən də nazik gəmisini düzəldiblər.
Hollandiyada bir fizik qrupu, öndən arxaya 30 mikrometr ölçüsündə, yəni bir saç tükünün üçdə biri qalınlığında dünyanın ən kiçik gəmisini düzəldiblər.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, gəmi insan bədənində dərman daşıması üçün nəzərdə tutulub.
Gəminin hazırlanması üçün3 D printerdən istifadə olunub.
Gəminin hazırlanma məqsədi insan bədənində gəzə bilən və xəstəlikləri müalicə etmək üçün potensial dərmanlar daşıya bilən kiçik mikro obyektlər istehsal etmək olduğu bildirilib.
Yuxarıdakı şəkildə göründüyü kimi, Leiden Universitetinin fizikləri kiçik qayıqla bərabər eyni ölçülərdə sivri bir kürə, ulduz gəmisi, spiral və spiral gövdə də istehsal etdilər. Bunlardan bəzilərinin ölçüləri 15 mikrometr, bəzilərinin isə cəmi 6 mikrometrdir.