Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 22:06
Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
H.Hacıyev bildirib: "Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib".
Onun sözlərinə görə, tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış hissələrdən hopması son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur. Ermənistanda fosforlu partlamamış döyüş sursatları istifadə olunurdu:
"Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar 1980-ci ildə BMT-nin bəzi silah növlərinin qadağan olunması haqqında konvensiyasının yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında III Protokolu ilə qadağan olunub"