Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 07:24
Bakı. Trend:
ABŞ-ın Henderson şəhərində (Nevada ştatı) çoxmənzilli yaşayış binasında atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlər arasında atəş açan şəxsin də olduğu bildirilir.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.