Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:48
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, nazir bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz:
"Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik".
Onun sözlərinə görə, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində BMT Təhlükəsizlik Şurası, ATƏT və AŞ PA-nın qərar və qətnamələrinə uyğun olaraq nəzarət bərpa etmək istəyir:
"Ermənistan işğalı dayandırmalı və dinc sakinlərə bilərəkdən hücumlarına, atəşkəs rejiminin daim pozduğuna görə məsuliyyət daşımalıdır".