Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bilirdizmi, təzyiq dərmanları xərçəngə səbəb ola bilər?

Bilirdizmi, təzyiq dərmanları xərçəngə səbəb ola bilər?

Tarix: 4 Noyabr 2020 23:36

Yüksək təzyiq dünyada ürək tutması və insultdan ölümlərin başında dayanan gizli düşməndir.

Bu gün tibb az qala hər ay yeni-yeni, daha güclü, daha innovativ təzyiq salıcı dərmanlar təqdim edir.

Təzyiq salıcı dərmana başlayan xəstə onu hər gün, təzyiq normada olsa da qəbul etməlidir.

Sonxeber.net xəbər verir ki, yüksək qan təzyiqi arterial damarlarda olan qanın axım təzyiqinin göstəricisidir.

Təəssüf ki, təzyiq dərmanları bir tərəfdən insana xeyirlidirsə, digər tərəfdən zərərlidir.

Bir çox ölkələr bu dərmandan imtina edir, çünki onda potensial xərçəng törədici olan NDMA maddəsi var. ABŞ Dərmanlara nəzarət idarəsinin araşdırmasına görə, Amerikada Valsartan qəbul edən xəstələrdən ən azı 1%-i 4-5 il ərzində xərçəngə tutulur.

NDMA maddəsi həmçinin çirkli ekoloji sularda, hövzələrdə də var.

N- Nitrozodimmetilamin adlı bu maddə dərmanların təkibinə necə keçib, bu barədə hələ məlumat yoxdur. Çox güman ki, dərmanların hazırlandığı digər maddə vu sulardan ötürülüb.

NDMA həmçinin tütün, hisə verilmiş ət, kolbasa, pivə, pendir, müxtəlif yuyucu vasitələr və şampunlarda da olur.

Bu maddə 2 A kanserogen qrupuna aiddir. /medicina.az


Etiketlər:  Bilirdizmi təzyiq dərmanları xərçəngə səbəb bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ