Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Qarabağla bağlı SON QƏRARI - Düşmənin vaxtı bitdi

Azərbaycanın Qarabağla bağlı SON QƏRARI - Düşmənin vaxtı bitdi

Tarix: 5 Noyabr 2020 10:27

Ermənistan əsl simasını gizlədə bilmədi. Sentyabrın 27-dən başlayan II Qarabağ müharibəsi düşmən ölkənin nə qədər hiyləgər, qəddar, ikiüzlü, ləyaqətsiz planlar əsasında idarə edildiyini ortaya qoydu. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından "nokaut"a düşən Paşinyan rejimi, tez bir zamanda özünə gəlmək üçün sələflərinin də tarix boyu etdiyini təkrarlamaqdan başqa çıxış yolu görmədi. Qısa zamanda zəng edib, kömək üçün yalvarmadığı dünya lideri, beynəlxalq təşkilat qoymayan Paşinyan və komandasının cəhdləri gah alındı, gah da uğursuzluqla nətiəcləndi. Məqsədim Ermənistanın 30 illik işğalçılıq siyasətinə, təcavüzünə dəstək verən ölkələrin, dünya liderlərinin adını sadalamaq yox, Paşinyanın son bir ay ərzində kömək almaq üçün çıxdığı oyunlara diqqəti yönəltməkdir.

Qısa zamanda Rusiya dövlət başçısına etdiyi zənglərin sayına görə Ginnesin rekordlar kitabında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi antirekorda imza atan Paşinyan, nə qədər simasız olduğunu göstərdi. Hakimiyyətdə olduğu 2 il ərzində hər çıxışında Rusiyadan ayrı, müstəqil siyasət yürütdüyünü, rəsmi Moskvanı aşağılamaqdan çəkinmədiyini açıq şəkildə bəyan edən Paşinyan quyruğu qapı arasında qalan kimi yenə köhnə havadarlarının dizini qucaqladı. Məqsədinə çatmaq üçün hər yola əl atacağı gün kimi aydın olan erməni baş nazirin bu cəhdi özünü doğrultmadı. Rəsmi Moskva Paşinyanın məhz Qarabağda baş verən müharibədən sonra onlara yaxınlaşmaq cəhdini duyqusal qarşılamadı. Hər şeyə soyuqqanlı reaksiya verən Rusiya kimin kim olduğunu bir aylıq savaşda daha yaxşı anladı. Bu səbəbdən də Vladimir Putin gah erməni baş nazirin zənglərini cavabsız qoydu, gah da müxtəlif bəhanələrlə telefon danışığını başqa vaxta təyin etdi. Rusiya Prezidenti Vladimir Putinin "Valday" klubu forumunda söylədiyi "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz" fikirləri Rusiya dövlətinin mövqeyini bir daha açıq ortaya qoydu.

Prezident İlham Əliyevin İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində Ermənistanın özlərini həmişə əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan bir dövlət kimi təqdim etmələri ilə bağlı söylədiyi "Paşinyan, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır" fikirləri düşmənin iç üzünü bir daha dünya ictimiyyətinə tanıtmaq baxımından əhəmiyyətli paya malik oldu.

Təəssüflər olsun ki, düşmənin bu yalvarışlarına cavab verən, onlara inanan dövlətlər hələ də var. Yoxsa bu gün valyuta ehtiyatı 1,5 milyard dollar olan, 2 milyarddam çox dəyəri olan hərbi texnikası məhv edilən düşmən bu qədər silahı haradan tapır? Bütün bu rəqəmlərin qarşısında xarici dövlət borcu təqribən 8 milyard dollar olan düşmənin nə silah-sursat təchizatı tükənmək bilir, nə də qeyri-rəsmi mənbələrə əsasən 11 minə yaxın şəxsi heyyəti məhv olan bir ordunun canlı qüvvəsi. Ermənistana hansı ölkələrdən, hansı marşurutlarla silah və canlı qüvvə yardımı gəldiyi barədə mətbuatda kifayət qədər faktlara əsaslanan məlumatlar var. 

Paşinyanın kompromisə getməyəcəyi artıq hər kəsə bəllidir. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə əvvəlcə beş rayonun, sonra da iki rayonun boşaldılması göstərilsə də Azərbaycan Ordusu artıq dörd rayonu birtərəfli qaydada azad edib. Buna görə də məntiqlə erməni baş nazir deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Elə səbəb də Paşinyanda onlara edilən bu dəstəyin dayanmayacağı barədəki əminlikdir.

Prezident İlham Əliyevin İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsi zamanı söylədiyi "Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur" fikirləri isə Azərbaycanın Vətən Müharibəsində son qərarının bir daha açıq bəyanı idi. Ali Baş Komandan bu açıqlaması Azərbaycanın son qarış torpağının işğaldan azad ediləcəyi günə kimi savaşa davam edəcəyini, heç bir qüvvənin, heç bir təxribatın qarşısından qaçmayacağını, xalq, ordu, dövlət həmrəyliyinin Qarabağın əsas açarı olduğunu nümayiş etdirdi. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycanın Qarabağla bağlı QƏRARI Düşmənin vaxtı bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ