Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WorldSkills” peşə ustalığı üzrə beynəlxalq yarışlar təxirə salınıb

“WorldSkills” peşə ustalığı üzrə beynəlxalq yarışlar təxirə salınıb

Tarix: 5 Noyabr 2020 11:57

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın da iştirak edəcəyi 46-cı “WorldSkills” peşə ustalığı üzrə beynəlxalq yarışlar 2022-ci ilədək təxirə salınıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, “World Skills International” təşkilatının növbədənkənar ümumi yığıncağında COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən müvafiq məhdudiyyətlərlə əlaqədar “WorldSkills” peşə ustalığı üzrə beynəlxalq yarışların 2022-ci ilədək təxirə salınması qərara alınıb.

Çin 2022-ci ildə 60 bacarıq istiqaməti üzrə 1400-dən çox müsabiqə iştirakçısını Şanxay şəhərində qonaq etməyi planlaşdırır.

Qeyd edək ki, ilkin olaraq sözügedən yarışların 2021-ci ildə Çinin Şanxay şəhərində baş tutacağı nəzərdə tutulurdu.

Yığıncaqda çıxış edən WSI təşkilatının İcraçı direktoru Devid Hoey peşə bacarıqları və gənclərin qlobal iqtisadi dirçəliş, tərəqqiyə yol açdığına hər zamankından daha çox inandığını, o cümlədən, üzvlər və qlobal tərəfdaşlarla bərabər növbəti 12 ayı gənclər üçün innovativ proqramlar həyata keçirilməsinə istiqamətlənəcəyini vurğulayıb.

Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edən və iki ildən bir peşələrin Olimpiya yarışlarını keçirən beynəlxalq təşkilatdır. Cari ilin 13 oktyabr tarixində keçirilən illik Ümumi Yığıncaqda Azərbaycan WSI təşkilatına 85-ci üzv kimi qəbul olunmuşdur.


Etiketlər:  WorldSkills peşə ustalığı üzrə beynəlxalq yarışlar təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ