Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, həndbol və ya basketbol deyil'' - Luçesku VAR-a qarşı çıxdı

''Bu, həndbol və ya basketbol deyil'' - Luçesku VAR-a qarşı çıxdı

Tarix: 5 Noyabr 2020 16:14

"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku VAR sisteminin (videotəkrar) futbolda istifadəsinə qarşı çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxssis Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona"ya 1:2 hesablı məğlubiyyətdən sonra bununla bağlı deyib:

"Mən bu texnologiyanın mütləq rəqibiyəm. Futbol azarkeşlər, televiziya üçün canlı bir şoudur. Bu, həndbol və ya basketbol deyil, VAR burada kömək etmir. Məlum oldu ki, hər şey otaqda bir yerdə monitorun qarşısında dayanan dördüncü və ya beşinci hakimdən asılıdır və həmin şəxslər qərar verir. Bunları anlamaq mənim üçün çətindir. Bu texnologiyanın əleyhinəyəm".

Milli.Az


Etiketlər:  həndbol basketbol deyil Luçesku qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ