Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 22:32
ABŞ-ın Massachusetts Texnologiya Universitetinin mütəxəssisləri öskürək səsindən koronavirusa yoluxma halını müəyyənləşdirən süni intellekt texnologiyası hazırlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, araşdırma nəticəsində asimptomatik şəxslərin öskürək səsinin sağlam insanlarla müqayisədə fərqli olduğu aşkarlanıb. İnsan qulağı tərəfindən ayırd edilə bilməyən bu fərqi isə yalnız süni intellekt aşkarlayır. Sözügedən süni intellekt texnologiyasının doğruluq faizi 98,5 olub.
Texnologiyanın yararlı olduğu rəsmi təsdiqlənsə, o hər yerdə tətbiq ediləcək. Hər kəs telefona öskürməklə koronavirus infeksiyasına yoluxub-yoluxmadığını öyrənəcək.