Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 23:52
Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu keçirilib.
Trned-in məlumatına görə, İ qrupu çərçivəsində Azərbaycanın "Qarabağ" futbol komandası Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşıb
Oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində qolları C.Osmanpaşa (11-ci dəqiqə) və O.Kayode (88-ci dəqiqə) vurublar.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin 3 turundan sonra 0 xalla qrupda sonunca yerdə qərarlaşıb.