Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 09:44
Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik. Amma qarşımızda yaxşı müdafiə xətti var idi.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, rəqib sürətli hücuma çıxıb: "Sivasspor"un qələbəsi üçün sevinirəm, öz məğlubiyyətimizə görə isə üzülürəm. Futbolda qalibiyyət də var, məğlubiyyət də... Qrupdan çıxmaq bizim üçün çətinləşdi".