Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

Tarix: 6 Noyabr 2020 13:26

İki dəfə NBA All-Stars iştirakçısı olan ulduz oyunçu Eddi Conson Florida həbsxanasında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" xəbər yayıb.

O, ömürlük həbsə məhkum edilmişdi. 65 yaşlı keçmiş ulduzun ölüm səbəbi açıqlanmır.

Conson NBA-da çıxışları ilə məşhurdur. Ancaq o, narkotik aludəçisi olub və disiplin problemi olub. Buna görə 1987-ci ildə ona NBA-da oynamaq qadağan edilib.

Onun qanunla da xeyli problemi olub. Belə ki, müxtəlif səbəblərdən, o cümlədən, polisə hücum və narkotik vasitələrin saxlanılması səbəbindən 100 dəfədən çox həbs olunub.

2006-cı ildə isə məhkəmə onu səkkiz yaşlı qıza təcavüz etməkdə təqsirli bilərək, ömürlük həbs cəzasına məhkum edib.

Milli.Az


Etiketlər:  NBA nın ulduz oyunçusu həbsxanada ölüb


RƏYLƏR