Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 16:56
Millətlər Liqasının Azərbaycanla eyni qrupda yer alan Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Lük Holts keçirdiyi mətbuat konfransında deyib.
Holts yerli federasiyanın Portuqaliya və İtaliyanın müraciətinə müsbət cavab verməməsinin səbəbini belə izah edib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi. Daha əlverişli rəqibə üstünlük verildi".
Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə qarşılaşacaq.