Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir”

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir”

Tarix: 6 Noyabr 2020 17:03

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.

Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Müdafiə Nazirliyi Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir


RƏYLƏR