Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur - FOTO

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur - FOTO

Tarix: 6 Noyabr 2020 18:56

Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı və məmulatları, çay, meyvə qurusu nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.


Etiketlər:  Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur FOTO


RƏYLƏR