Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müğənnilər sizə nə edib? Nə istəyiriz onlardan?''

''Müğənnilər sizə nə edib? Nə istəyiriz onlardan?''

Tarix: 6 Noyabr 2020 19:25

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədova haqqında əsassız informasiya yayılıb.

Yayılan məlumata əsasən, müğənni adı çəkilməyən jurnalistin "Siz orduya dəstək üçün pul köçürmüsünüzmü?" sualına belə cavab verib: "Mən aylardır toya getmirəm, məndə pul hardandır, orduya köçürüm?! Mən göyçaylıyam, qarabağlı deyiləm ki, pul köçürüm və deyim ki, nə vaxtsa gedib Qarabağda yaşayacağam. Mən kimdənsə xahiş etməmişəm ki, get, könüllü yazıl, get vuruş, ailən də başsız qalsın."

Ümumiyyətlə bu və ya bunun kimi yayılan əsassız xəbərləri fakta əsaslanmadan, qarşı tərəfin fikiri olamadan vermək qeyri-peşəkarlıqdan xəbər verir.

Mətanət Əsədovaya yayılan məlumatların yalan olduğunu big.az-a bildirib:

"Mən şokdayam. Əvvəla, mənə heç bir sayt zəng etməyib. Mənə heç bu barədə sual verən də olmayıb.

Bütün Azərbaycan qarabağlıdır. Qarabağ bizim qanımızdır, canımızdır, torpağımızdır. Orada şəhid olanlar mənim şəhidlərimidir. Orada döyüşən atalar, qardaşlar mənimdir, gözü yaşlı qalan analar, bacılar mənimdir.

O sözü deyən adam müsəlman ola bilməz! Mən xalqımı, torpağımı sevirəm, hədsiz dərəcədə Vətənimə bağlıyam. Vətənimi canımdan artıq sevirəm, xalqımı sevirəm, Prezidentimi sevirəm. Mən azərbaycanlıyam və Vətənim mənim üçün hər şeydən üstündür.

Mən elə belə yersiz söz-söhbətlərdən bezib, kənara çəkildim. Sənətim bir yana qaldı, başladılar başqa xəbərlərlə reytinq yığmağa.

Ayıb olsun, mən ölçü götürəcəyəm. Qayda var, qanun var. Adımdan o yazını yazanlar haqqında ciddi tədbir görüləcək.

Bu söz-söhbət indi heç kimə lazım deyil. İndi hamımızın fikiri Qarabağımızdadır. Gözü yolda qalanlarımız, şəhid qarşılayan nişanlı qızlarımız, xonçası yarıda qalanlarımız var. Bizə düşmən baxır, özümüz özümüzə düşmən kəsilməyək!

Mən 30 ilimi xalqıma qurban verən sənətkaram. Uşaq deyiləm ki, haqqımda bu boyda şayiə yayılsın! Mənim səhətimdə problem var.

Allah görür, qorxun Allahdan! Müğənnilər sizə nə edib?! Nə istəyiriz onlardan?!

Başa düşmürlər ki, bir səhv yazı bir insanın həyatını məhv edir. Allahdan qorxun!"


Etiketlər:  Müğənnilər sizə edib istəyiriz onlardan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ