Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxular haqqinda bilmədiyiniz 15 həqiqət

Yuxular haqqinda bilmədiyiniz 15 həqiqət

Tarix: 7 Noyabr 2020 08:42

Yəqin ki, hamınız yatarkən yuxu görürsünüz. Görülən yuxuların çoxunun həqiqətlə heç bir əlaqəsi olmur. İndi sizə yuxular haqqında bilmədiyiniz 15 həqiqəti deyəcəyəm.
1. Görülən yuxuların 90%-i yaddaşdan silinir. Yuxudan durduqdan 5 dəqiqə sonra görülən yuxunun yarısı, 10 dəqiqə sonra isə 90%-i yaddan çıxır.
2. Korlar da yuxu görür. Doğuşdan sonra görmə qabiliyyətini itirən insanlar yuxu görür, anadangəlmə kor olanlar isə yuxularında toxunuşu, səsi, qoxunu hiss edirlər.
3. Psixi xəstələrdən başqa, hamı yuxu görür. Əgər kimsə yuxu görmədiyini iddia edirsə, səhv düşünür. O,sadəcə olaraq gördüyü yuxularını unudur.
4. Yaddaşımızda yalnız gördüyümüz üzlər qalır. Yuxularda gördüyümüz adamlar tanımadıqlarımız deyil, haçansa görüb unutduqlarımızdır.
5. Bəzi adamlar rəngli yuxular görür. Gözləri görən adamların 12%-i ağ-qara yuxu, qalanları isə rəngli yuxular görür. Alimlərin araşdırmalarına görə 1960-cı illərdən sonra rəngli yuxular sözü meydana çıxmışdır ki, bunu da alimlər rəngli televiziyanın kəşfi ilə əlaqələndirirlər.
6. Yuxular məlum olan bir şeyi işarə edir, yəni yuxular işarələr dili ilə danışır.
7. Yuxularda ən çox yaşanan duyğu narahatçılıq duyğusudur. Neqativ yuxaular pozitiv yuxulardan çox olur.
8. İnsanlar yuxunu saat 4 ilə 7 arasında görərlər.
9. Heyvanlar da insanlar kimi yuxular görə bilirlər.
10. İnsanlarda bütün yuxunun 20%-i dərin yuxu fazası olur. Bu zaman (90-120dəq) bədən heç bir hərəkət etmir, sanki iflic olur.
11. Zehnimiz bədənimizin o sırada nə hiss etdiyini yuxularımızda canlandırar.
12. Kişilər, kişilər haqqında daha çox yuxu görər. Qadınların isə yuxularında kişi və qadın görmə sayı eynidir.
13. Aparılan araşdırmalar 18% adamın gördüyü yuxunun gələcəkdə baş verəcək hadisələr olduğunu deyir.
14. Elmi araşdırmalar təsdiq edir ki, xoruldayan zaman yuxu görmək olmur.
15. Yuxularda cinsi əlaqəyə girmək olur və hətta real həyatda yaşaya bilmədiyiniz şiddətli orqazmı yuxuda gerçəkləşdirmək mümkündür.

Milli.Az


Etiketlər:  Yuxular haqqinda bilmədiyiniz 15 həqiqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ