Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 10:36
"Beşiktaş" Türkiyə Superliqasının 8-ci turunda "Qaziantep"in qonağı olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 1:3 hesabı ilə uduzub.
Görüşdə hesabı 44-cü dəqiqədə ev sahiblərinin futbolçusu Kevin Mirallas açıb. 55-ci dəqiqədə "Beşiktaş"ın oyunçusu Ersin Destanoğlu qırmızı vərəqə ilə cəzalandırılıb. 61-ci dəqiqədə Kayl Larin hesabı bərabərləşdirib- 1:1. Muhammet Demir 63-cü dəqiqədə "Qaziantep"i yenidən önə keçirib- 2:1. Kenan Özer isə 90-cı dəqiqədə oyunun yekun hesabını müəyyənləşdirib- 3:1.
Qeyd edək ki, 17 xalla "Fənərbaxça"nın liderlik etdiyi turnir cədvəlində "Beşiktaş" 10 xalla 9-cudur. "Qaziantep" isə 11 xalla 7-ci pillədə qərarlaşıb.