Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan təkcə cəbhədə yox, həm də öz ölkəsində uduzur - Rusiya KİV

Paşinyan təkcə cəbhədə yox, həm də öz ölkəsində uduzur - Rusiya KİV

Tarix: 7 Noyabr 2020 12:21

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə başlayandan bəri bütün addımları düşünülməmiş olub və şöhrət xatirinə atılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu bardə Rusiyanın "yugsn.ru" nəşri yazır.

Qeyd olunur ki, indi bu uğursuzluq Ermənistanın çoxlu sayda şəxsi heyət və texnika itirməsində, eləcə də Ermənistan qoşunlarının, xüsusən də kəşfiyyatın bütün cəbhə boyu məğubiyyətində ifadə olunur.

N.Paşinyan atəşəkəsə razılaşmır. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşə can atır və KTMT çərçivəsində hansısa müttəfiqlik öhdəliklərini əsas gətirərək kömək istəyir. Amma baş nazir unudur ki, Rusiya Ermənistana yalnız bu ölkənin hücuma məruz qalacağı təqdirdə kömək edə bilər.

Nikol Paşinyan həm də cəbhədəki məğlubiyyətlərə yol açan ölkədaxili problemləri də görmür. Koronavirus pandemiyasının sürətlə yayılması nətcəsində faciəvi vəziyyət yaranıb. 3 milyonluq ölkədə 100 mindən çox yoluxma qeydə alınıb.

Bundan başqa, ekspertlər baş naziri siyasi iradəsi, inamı və bacarıqları olmayan zəif idarəçi hesab edirlər.

Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov qeyd edir ki, əgər Ermənistanda çevriliş şəraiti yaransa, N.Paşinyanın qaçmağa yeri olmayacaq, Erməni xalqı onu hər yerdə tapacaq: "Tamamilə aydındır ki, Ermənistan ilk növbədə dövlət hakimiyyətinin çürüməsində pik həddə çatıb. Nikol Paşinyanın Soros rejimi siyasəti öz xalqı üçün yalnız bəlalar gətirdi. Paşinyan öz rusofobiyası ilə Moskvanı ölkədən uzaqlaşdırdı və indi Yerevan öz şovinizminin məhsulunu biçir".

Ekspert əlavə edib ki, bu gün Yerevan bütün cəbhə boyunca tam fiaskoya uğrayır və getdikcə daha da pis olacaq.

Milli.Az


Etiketlər:  Paşinyan təkcə cəbhədə yox həm öz ölkəsində uduzur Rusiya KİV


RƏYLƏR