Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Intel Core i9-dan daha güclü

Intel Core i9-dan daha güclü

Tarix: 7 Noyabr 2020 23:44

Gələn həftə Apple şirkəti yeni təqdimat tədbirini keçirdəcək. Həmin tədbirdə Apple şirkətinin fərdi prosessoru vasitəsilə çalışacaq yeni MacBook modellərinin təqdim olunacağı gözlənilir. Rəsmi anons olmasa da internetdə Apple şirkətinin fərdi prosessorunun məşhur bençmark saytında əldə etdiyi test nəticələri ortaya çıxıb. Bu barədə Ubergizmo saytı xəbər verib. Məlumata əsasən məşhur Geekbench bençmark saytında Apple şirkətinin A14X Bionic prosessorunun performans testləri keçirilib.

Beləliklə sözügedən prosessor Geekbench-in birnüvəli testində 1634 xal, çoxnüvəli testində isə 7220 xal toplayıb. Əgər bu göstəricilər doğrudursa deməli Apple şirkətinin fərdi prosessoru performans baxımından Intel Core i9 prosessorunu geridə qoyur. Qeyd etmək lazımdır ki, Intel Core i9 prosessoru Geekbench-in birnüvəli testində 1096 xal, çoxnüvəli testində isə 6869 xal toplayır. Son məlumatlara əsasən Apple Silicon prosessorunu əldə edəcək ilk chazlar arasında 16 düym ekrana sahib MacBook Pro və 13 düym ekrana sahib MacBook Air noutbukları olacaqlar.

Milli.Az


Etiketlər:  Intel Core i9 dan daha güclü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ