Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei-in ən nazik telefonu təqdim olundu - Nova 8 SE

Huawei-in ən nazik telefonu təqdim olundu - Nova 8 SE

Tarix: 7 Noyabr 2020 23:56

Huawei şirkəti yeni Nova 8 SE telefon modelini nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, 5G texnologiyasını dəstəkləyən model, eyni zamanda, 66wat-lıq sürətli enerjiyığma funskyası və markanın ən nazik smartfonu olması ilə gündəmə gəlib.

Telefonda FHD Plus görüntü imkanına malik, 6,5 düymlük OLED ekran, üzərində yerləşdirilən barmaq izi oxuyucusu, 64Mp-lik əsas, f/2.4 diafram genişliyinə sahib 8Mp-lik ultrageniş bucaqlı sensor, 2Mp-lik makro, 2Mp-lik dərinlik sensoru, 16Mp-lik isə selfie kamerası yer alır.

İki versiyada təqdim olunan Nova 8 SE-nin standart versiyası Dimensty 720, üst vesiyasısa Dimensty 800U prosessorundan güc alır. HƏr iki smartfon 5G texnologiyasını dəstəkləyir.

Milli.Az


Etiketlər:  Huawei nazik telefonu təqdim olundu Nova


RƏYLƏR