Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 00:20
Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 24 957 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 171 441 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 413 nəfər ölüb, ölənlərin ümumi sayı 48 888 nəfər təşkil edir.