Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirabdullanın qardaşı da ''Səbail''ə keçdi

Mirabdullanın qardaşı da ''Səbail''ə keçdi

Tarix: 6 Iyul 2019 15:36

"Səbail" növbəti transferini həyata keçirib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə,  Bakı təmsilçisi ötən mövsüm "Zirə"də oynayan Mirsahib Abbasovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.  Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Səbail" yay fasiləsində Mirsahib Abbasovun kiçik qardaşı Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürüb.

 


Etiketlər:  Mirabdullanın qardaşı Səbailə keçdi


RƏYLƏR