Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA AVRO-2020-nin ev sahibini seçdi

UEFA AVRO-2020-nin ev sahibini seçdi

Tarix: 16 Noyabr 2020 13:46

UEFA Avropa çempionatı ilə bağlı B planını müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, qitə futbol qurumu hələ də AVRO-2020-nin 12 şəhərdə təşkilini üstün tutur. Lakin koronavirus pandemiyasının yenidən sürətlə yayılması UEFA-nı alternativ planları da nəzərdən keçirməyə vadar edib.

Qurumun prezidenti Aleksander Çeferin İngiltərə Futbol Assosiasiyasının bir neçə gün əvvəlki müraciətini müsbət cavablandırmağı düşünür. Çeferin turnirin bir ölkədə keçiriləcəyi təqdirdə, məhz İngiltərəyə həvalə edilməsini qərara alıb. Tərəflər arasında artıq danışıqların başlanıldığı vurğulanıb.

Qeyd edək ki, bu il keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Turnir 11 iyun - 11 iyul tarixlərində baş tutacaq.

Milli.Az


Etiketlər:  UEFA AVRO 2020 nin ev sahibini seçdi


RƏYLƏR