Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maskerano karyerasını bitirdi

Maskerano karyerasını bitirdi

Tarix: 16 Noyabr 2020 19:44

Argentina millisinin və "Barselona"nın sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bunu son olaraq çıxış etdiyi  "Estudiantes" klubunun rəsmi saytına açıqlamasında deyib.

O, karyerası ilə bağlı düzgün qərar verdiyini bildirib: "Aylarla başıma gələnlərdən sonra karyeramı bitirmə vaxtı gəldi. Ən yaxşısı indi bitirməkdir. Mənə Argentinaya qayıtmaq imkanı verən kluba təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano "Barselona", "Liverpul", "Vest Hem", "River Pleyt" kimi klublarda da çıxış edib.

Milli.Az


Etiketlər:  Maskerano karyerasını bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ