Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək

Tarix: 17 Noyabr 2020 08:36

"Ice universe" və "Max Jambor" adlı tanınmış blogerlər "Samsung Galaxy S21" smartfonunu gözləyən vacib yenilik - rəqəmli qələm (stilus) dəstəyi barədə məlumat açıqlayıblar.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin qabaqcıl smartfonu "S Pen" elektron qələmi ilə işləyəcək. İndiyədək stilus yalnız "Note" seriyalı "Samsung" qurğularında mövcud olub.

Lakin "Note" seriyalı smartfonlardan fərqli olaraq "Galaxy S21" üçün qələm əlavə aksesuar rolunda çıxış edəcək. Belə ki, onun üçün korpusda yer nəzərdə tutulmayacaq, smartfona bərkidilmə isə maqnitli olacaq.

Yeni "Samsung Galaxy S21" smartfonunun 2021-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. 120 giqahers yeniləmə tezlikli ekranla təchiz ediləcək smartfon "Snapdragon 875" prosessoruna malik dünyanın ilk qurğularından olacaq.


Etiketlər:  Yeni Samsung Galaxy smartfonu vacib funksiya ilə təchiz ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ