Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib

Tarix: 17 Noyabr 2020 09:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (InBIA) üzv seçilib.

 

Assosiasiyasiyanın əsas missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək üçün lazımi dəstək alətləri təklif etməkdir.

 

30 ildən artıqdır fəaliyyət göstərən InBIA-nın hazırda 60-dan artıq ölkədə 2 mindən çox üzvü mövcuddur.

 

Assosiasiyasiyanın təlim proqramlarında iştirak etmək, mentorlar və ekspertlərlə tanış olmaq, həmçinin sənaye sahələrindəki son yeniliklərdən xəbərdar olmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək imkanı gənc sahibkarların inkişafını sürətləndirir.

 

Hər bir üzv InBIA-nın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiyadan keçmək imkanını da qazanır. Assosiyasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir.

 

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin InBIA-ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək.




Etiketlər:  İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ