Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq - Erməni general-mayor

Fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq - Erməni general-mayor

Tarix: 17 Noyabr 2020 10:26

Bakı. Trend:

Ön cəbhədən fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan deyib.

Onun sözlərinə görə, özünün hərbi komissar işlədiyi 90-cı illərdə fərarilik halları ciddi cəzalandırılırdı:

“İndi isə əsgərlər nüfuzlu yaxınlarının köməyi ilə xidmətdən yayınır. Təkcə bu fərariləri deyil, həm də onlara kömək edənləri məsuliyyətə cəlb etmək lazımdır. Amma bu qədər fərarini yerləşdirmək üçün həbsxanalarda yer qalmayacaq”.


Etiketlər:  Fərarilik qədər çox olub hamıya Ermənistan həbsxanalarında çatmayacaq Erməni general mayor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ