Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' Türkiyədə növbəti məşqə çıxdı

''Qəbələ'' Türkiyədə növbəti məşqə çıxdı

Tarix: 7 Iyul 2019 00:44

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlıqları davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin üçüncü gününü arxada qoyub. Komanda günü bir məşqlə başa vurub. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu təmrinləri yerinə yetiriblər. Bərpa prosesi davam edən Rasim Ramaldanov komandadan ayrı hazırlıq keçib.

Qeyd edək ki, "Qəbələ" bu gün Türkiyədə ilk yoxlama oyununa çıxacaq. Rəqib Ukraynanın “Mariupol” klubu ilə olacaq. Hendek Atatürk stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 18:30-da başlayacaq.

 


Etiketlər:  Qəbələ Türkiyədə növbəti məşqə çıxdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR