Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni yalanı artıq bu dünya üçün keçərli deyil''

''Erməni yalanı artıq bu dünya üçün keçərli deyil''

Tarix: 17 Noyabr 2020 16:45

İşğal etdikləri torpaqlarımızdan çıxarılan ermənilərin özlərini yazıq kimi göstərməsi onların dünyadan yenidən yardım almaq, yenidən kiminsə himayəsinə sığınmaq məqsədi daşıyır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, bu gün Qarabağ münaqişəsinin həll edildiyi bir dövrdə də ermənilər özlərini həmişə olduğu kimi yenə də məzlum bir toplum kimi göstərməyə çalışırlar.

Onun sözlərinə görə, erməni millətçilərinin ikiüzlülüyü, törətdikləri cinayətləri başqalarının adına yazmaq xisləti, özlərini yazıq kimi göstərmək praktikası hamıya məlumdur:

"Ermənilər nədənsə bəşəriyyətin yadına digər dövlətin - Azərbaycanın torpaqlarını işğal etdiklərini yada salmaq istəmirlər. Nədənsə 1990-cı illərin əvvəllərində Kəlbəcərdən azərbaycanlıları 10 saata əşyalarını götürmədən çıxartdırdıqlarını, 30 il ərzində işğal etdikləri torpaqlarımızda yaşayan azərbaycanlıların evlərində yaşadıqlarını yada salmaq istəmirlər. Bu gün işğal etdikləri torpaqlarımızdan çıxmaq məcburiyyətində qalanda bu müddətdə qovub çıxardıqları azərbaycanlıların evlərində qaldıqlarını, məktəbləri və digər sosial obyektləri yandırdıqlarını, dağıtdıqlarını, 30 ilə qədər burada rahat yaşadıqlarını yada salmayaraq susurlar. Xocalı faciəsini törədərkən günahsız insanları qaçdıqları yerdə öldürürdülər. Amma bu gün onlara rahat şəkildə əşyalarını götürərək, başqalarının evindən getməsi üçün sakit şərait yaradılır".

Deputat qeyd edib ki, bu gün Kəlbəcərdən köçən ermənilər həm də Kəlbəcər meşələrini yandırır, heyvanları öldürərək leşlərini ətrafa səpələyirlər və bununla da xəstəliklərin yayılmasına çalışırlar.

Bütün bunların hamısının göz qarşısında olduğunu deyən A.Mirzəzadə əlavə edib ki, dünya artıq ermənilərin saxta göz yaşlarına inanmır. Artıq dünya erməni millətçilərinin terror xislətinə malik olduğunun fərqindədir:

"Heç də təsadüfi deyil ki, ermənilərin Kəlbəcərdən çıxarkən törətdikləri cinayətləri xarici ölkə jurnalistləri də ifşa edir və dünyaya yayır. Dünyanı artıq həqiqət idarə edir, erməni yalanı artıq bu dünya üçün keçərli deyil".


Etiketlər:  Erməni yalanı artıq dünya üçün keçərli deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ