Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Levandovski Niderlandla matçı buraxa bilər

Levandovski Niderlandla matçı buraxa bilər

Tarix: 17 Noyabr 2020 18:20

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski yığmanın Millətlər Liqasının 6-cı turunda Niderlandla keçirəcəyi oyunu buraxa bilər.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 5-ci turda İtaliya ilə oyunun (0:2) ikinci hissəsində əzələ problemi ilə üzləşib. Matçdan sonra futbolçunun ağrıları daha da güclənib.

Bundan əlavə, Levandovski ardıcıl 4 matçda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 18 noyabrda "Slaski" stadionunda keçiriləcək Polşa - Niderland görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Etiketlər:  Levandovski Niderlandla matçı buraxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ