Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir - Nazir

Ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir - Nazir

Tarix: 18 Noyabr 2020 11:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir, çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Hazırda Azərbaycanda koronavirusa yoluxma sayında rekord göstəricinin qeydə alındığını deyən nazirin sözlərinə görə, bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd göstərirlər:

“Nazirlik olaraq, biz bu məsələləri monitorinq edirik. İndi valideynlərdən belə bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla ənənəvi təhsilin bərpa edilməsi Təhsil nazirliyi üçün arzuolunandır. Amma yoluxma sayı artdığı üçün biz bunu etmirik”.

Hazırda distant təhsil və teledərslərin ən uyğun seçim olduğunu deyən E.Əmrullayev qeyd edib ki, Bakı və Sumqayıt məktəblərində şagirdlərin 75 faizi distant təhsildən yararlanır.


Etiketlər:  Ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ