Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekranı genişlənən “Oppo” smartfonunun prototipi nümayiş olunub (VİDEO)

Ekranı genişlənən “Oppo” smartfonunun prototipi nümayiş olunub (VİDEO)

Tarix: 18 Noyabr 2020 13:45

Çinin "Oppo" şirkəti "Inno Day" tədbiri çərçivəsində ekranı genişlənən smartfonun prototipini nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Oppo X 2021" adlı qurğu yığılmış vəziyyətdə diaqonalı 6,7 düym təşkil edən və açılma sayəsində 7,4 düymədək artırılan "OLED" ekrana malik smartfondur. Korpusu açan xüsusi mexanizmin işi nəticəsində düzbucaqlı ekran kvadrat şəklini alır. Şirkət nümayəndələrinin fikrincə, böyüdülmüş displey kinoya baxmaq və ya oyunlar üçün faydalı olacaq.

 

Smartfonun yaxın gələcəkdə satışa çıxarılacağı barədə məlumat verilmir. Lakin yığılan ekranlardan istifadəni nəzərdə tutan yanaşmanın hazırda "Samsung", "Huawei" və "Motorola" şirkətlərinin qabaqcıl smartfonlarında tətbiq edilən elastik displeylər texnologiyasından daha perspektivli olacaq.

 

Nizam Nuriyev

 




Etiketlər:  Ekranı genişlənən Oppo smartfonunun prototipi nümayiş olunub VİDEO


RƏYLƏR