Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 10:16
Bakı. Trend:
Tunisin sahil mühafizəsi ölkənin cənub-şərq sahilləri yaxınlığında Afrikadan olan qanunsuz miqrantlardan ən az 13-nün meyitini tapıb.
Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyinə Tunis Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Monjı Slim bildirib.
Qeyd edək ki, qeyri-qanuni miqrantlar olan gəmi Tunisin sahilləri yaxınlığında aşıb.
"Alarm Phone" humanitar təşkilatının məlumatlarına əsasən, 80 nəfər itkin düşüb.
Bildirilib ki, miqrantların meyitləri Medenin vilayətində və Ben-Qardan şəhəri yaxınlığında tapılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin