Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 10:20
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, dekabrın 7-dəki püşkatmada komandalar 6 səbətə bölünəcək.
Bunların beşində 10, birində 5 yığma yer alacaq. Bu səbətlər noyabrın 26-da açıqlanacaq FİFA reytinqinə əsasən bəlli rəsmiləşəcək. Lakin artıq indidən reytinqlə bağlı təxminlərə əsasən səbətlər məlumdur.
Azərbaycan yığması 5-ci səbətdədir. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.
1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;
2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;
3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;
5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;
6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.