Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 12:42
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başladı. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.
- Bakıdan Naxçıvana reyslər üçün:
• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
• WhatsApp: +99455 204 65 54
- Naxçıvandan Bakıya reyslər üçün:
• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220
• WhatsApp: +994 60 487 30 11
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.
Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.
"Azərbaycan Hava Yolları" turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.