Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 20:42
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Bu xəstəliklərdən qorunmağın əsas yolu isə immunitet sistemini gücləndirməkdir.
Bu fəsildə bitki çaylarından istifadə çox faydalıdır.
Sonxeber.net immunitet.az-a istinadən bu zaman içilməsi xeyirli olan bitki çaylarını təqdim edir:
C vitamini ilə zəngin olan itburnu dəmləsini içmək çox vacibdir. Tərkibində C vitamini ilə yanaşı K, B1, B2 vitaminləri də mövcuddur. Həmçinin sodium, kalsium, maqnezium, fosfor mineralları da var. Bu minerallar qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı qalxan rolunu oynayır.
Zəncəfil limon - hazırlanan çay orqanizm üçün faydalıdır. Bir çox xəstəliyə faydalıdır. Tərləmə yolu ilə mikrobları bədəndən atmağa kömək edir. Həmçinin baş ağrısı və revmatizma kimi xəstəliklərə faydalıdır.
Cökə çayı - Xüsusilə axşamlar qara çay əvəzinə cökə dəmləməsi içməyiniz daha faydalıdır. Həm orqanizmi xəstəlikdən qoruyur, həm də immunitet sistemini qoruyur.