Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 04:20
Bakı. Trend:
Kanada və ABŞ hakimiyyəti sərhədləri daha 30 gün müddətində bağlı saxlamağı qərara alıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu özünün "Twitter" səhifəsində Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlığın təmin edilməsi naziri Bill Bler yazıb.
U.Bler bildirib: "Biz ABŞ-a vacib olmayan səyahətlər üşün qadağanı 21 dekabr 2020-ci ilədək uzadırıq". Onun sözlərinə görə, bu, davam edən pandemiya səbəbi ilə iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazımdır.
Xatırladaq ki, ABŞ-Kanada sərhədinin bağlanması ilə bağlı qərar yeni növ koronavirus (COVİD-19) pandemiyası fonunda martın 21-i qəbul edilmişdi.