Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 17:15
Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhunun açıqlamasında deyilir.
Açıqlamada bildirilir: "Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, şəhərlərin və qəsəbələrin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!".