Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: ''Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir'' - YENİLƏNİB

Putin: ''Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir'' - YENİLƏNİB

Tarix: 22 Noyabr 2020 16:21

16:19

9 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi müsahibəsində deyib.

V.Putin bildirib: "Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, [Azərbaycan Prezidenti İlham] Əliyev və [Ermənistan] Baş naziri Nikol Paşinyan".

Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.

Onun sözlərin görə, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü:

"Və bunu biz hazırda edirik. Bu səbəbdən [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir".

----------
15:41

Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin deyib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədi ilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: "Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf - Rusiya, Ermənistan və Azərbaycandır".


Etiketlər:  Putin Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ