Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Tarix: 23 Noyabr 2020 13:21

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün "İnterpol"a müraciət edilib.


Etiketlər:  Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ