Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 17:44
Bakı. Trend:
Parisdə Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Məhkəmə dinləmələrinin dekabrın 10-dək davam edəcəyi gözlənilir. İttihamların təsdiq olunacağı təqdirdə N.Sarkozi 10 il həbs cəzası və 1 milyon avro məbləğində cərimələnə bilər. Sabiq prezident bütün ittihamları təkzib edir.
N.Sarkozinin 2012-ci il prezident seçkiləri ərəfəsində kampaniyasının maliyyələşdirilməsi ilə bağlı daha bir məhkəmə prosesi 2021-ci ilin yazında başlamalıdır.