Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlandı

Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlandı

Tarix: 24 Noyabr 2020 10:40

Azərbaycanda COVİD-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir.

Bunun da müxtəlif səbəbləri var: "Hər kəs müharibə zamanı karantin qaydalarına əməl etməyərək sevinc və kədərimizi birgə qeyd etdi. Bu da yoluxmanın artmasına səbəb oldu. Digər tərəfdən, özünümüalicə də biz azərbaycanlılar üçün xasdır və insanlar buna daha çox üstünlük verirlər. İnsanlar 1 həftə-10 gün özlərini müalicə edirlər. Bu müalicə antibiotiklərdən ibarət olur. Kimsə anotibiotiklərdən istifadə edib yaxşılaşıbsa, biz də onu içib müalicə olunmağa çalışırıq. İnsanlar xəstəliyin əlamətləri müşahidə edilməyə başlayan kimi güclü antibiotiklərdən istiofadə edirlər. Bu da xəstəliyin ağırlaşmasına səbəıb olur. Amma orqanizmlər fərdi olduğundan respirator xəstəlikləri eyni qaydada müalicə edə bilmərik. Biz tövsiyə edərdik ki, hər kəs evindəki dərmanın ehtiyat qutusuna antibiotikləri əlavə etməsin. Qonşu, iş yoldaşı istifadə edib deyə ondan istifadə etməyək. o, həkim nəzarəti altında olmalıdır".

Milli.Az


Etiketlər:  Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ