Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 12:54
PKK-çıların Qarabağa yerləşdirildiyini və mülki əhalini hədəf aldıqlarını sübut etdik. Minsk Qrupu qarşısında can Azərbaycanın haqlarını müdafiə etmək üçün biz də dövrəyə girdik.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Plan və Büdcə Komitəsində çıxışı zamanı deyib.
"Azərbaycanın haqlılığı və torpaq bütövlüyü bərpa edildi, torpaqlarını geri alır. İşğal altındakı torpaqlardan qaçmağa məcbur qalanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə qurulacaq. Biz də bu haqları qorumaq üçün meydanda olacağıq", - Çavuşoğlu bildirib.