Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 20:20
Feysbuk şirkəti türk proqramçını məhkəməyə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmi bloqunda yayımlanan xəbərdə bildirilib.
Qeyd olunub ki, ABŞ-da Ensar Şahintürk əleyhinə klon saytlardan ibarət şəbəkə qurmaq məqsədilə Instagram-dan pablik məlumatları oğurlamaqda günahlandırılır.
İstanbulda yaşayan E.Şahintürk Instagram klonu ümumilikdə 20 fərqli saytla 100 mindən çox istifadəçinin məlumatlarını toplayıb.
Xəbərdarlıqların kifayət etmədiyi qənaətinə gələn Feysbuk rəsmiləri məhkəməyə müraciət ediblər.
Instagram-ın kopyası olan tətbiq vasitəsilə öz reklamlarını istifadəçilərə izlətdirən proqramçının minlərlə dollar qazandığı deyilir.
Feysbukdan verilən məlumatda o da qeyd olunur ki, məsələdən illərlə xəbər tutmaq mümkün olmayıb. Qanunsuz addım yalnız 2019-cu ilin noyabrında aşkarlanıb.
E.Şahintürkün jolygram.com, imggram.com, imggram.net, finalgram.com, pikdo.net və ingram.ws kimi ünvanlarla Instagram-ı klonladığı qeyd olunur.