Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 11:04
Bakı. Trend:
Ermənistanda istefa dalğası davam edir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, ədliyyə nazirinin müavini Rafik Qriqoryan və iqtisadiyyat nazirinin müavini Naira Marqaryan vəzifədən azad edilib.
Bu barədə baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, bugünədək Ermənistanda 12 nazirdən 6-sı, eləcə də bir neçə nazir müavini istefa verib.